Britaniyanın Nyukasl şəhərində bıçaqla silahlanmış şəxsin girov saxladığı ehtimal edilir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polislərin məlumatına görə, girov götürülənlər şəhərin işədüzəltmə mərkəzinin əməkdaşlarıdır.
İlkin informasiyaya görə, girovlardan heç kim xəsarət almayıb.
Kişi yerli vaxtla səhər saat 8-ə yaxın Klifford-stritdə yerləşən Mərkəzin binasına daxil olub.
Hazırda polis onunla danışıqlar aparmağa çalışır.
Metronun yaxınlıqda yerləşən stansiyası bağlanıb, hadisənin baş verdiyi mərkəzlə qonşuluqda yerləşən yataqxanadan tələbələr təxliyə edilib.
S.S.
www.oxu.az