Postunu təhvil verməyə hazırlaşan ABŞ prezidenti Barak Obama avropalılara tez bir zamanda dünyanın daha “qəzəbli, sərt və mürəkkəb” olacağına dair xəbərdarlıq edib.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bu bəyanatı o, Almaniya kansleri Angela Merkel ilə görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Prezident, Almaniyanın kansleri, Avropa ölkələrinin liderləri kim olursa-olsun, bunu anlamalıdırlar. Sinizmin tərəfində olan qüvvələr meydana gələcək, onlar digər problemlərdən üz döndərəcəklər. Onlar həssas vəziyyətdə olan insanlara yardım etməyəcəklər, çünki bu onlara siyasi cəhətdən sərfəli olmayacaq”, - Obama bəyan edib.
Onun sözlərinə görə, əgər qərb ölkələrinin güclü transatlantik alyansı olmayacaqsa, onlar gələcək nəsilə “daha pis dünya” miras qoyacaqlar.
N.O.
www.oxu.az