Amerika prezidenti Barak Obamanın başına növbəti məzəli hadisə gəlib.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, dövlət başçısı təyyarədən düşərkən mətbuatın və hərbçilərin gözü önündə büdrəyib və az qala yerə yıxılıb.
Hər şey Ağ Ev başçısının təyyarəsinin Vaşinqtonda enməsindən sonra baş verib
Obama, qolf oynadığı Floridadan qayıdırmış.
Mətbuatın yaydığı görüntülərdən aydın olur ki, trapdan enən Obama büdrəyir, lakin tez özünü toplayır və tarazlığı bərpa edir. Bir neçə saniyə sonra prezident onu qarşılayan zabitlərə hərbi salam verir.