ABŞ prezidenti Barak Obamanın administrasiyasının rəhbəri Denis Makdono və milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods Ağ Evdə görüş zamanı Amerikanın erməni icmasının nümayəndələrinə bildiriblər ki, prezident aprelin 24-də ənənəvi müraciəti zamanı “erməni soyqırımı” ifadəsini işlətməyəcək.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi məlumat verib.
Ağ Evdən news.am-ın müxbirinə deyiblər ki, prezident Obama ABŞ-ın maliyyə naziri Ceykob Lyudan xahiş edib ki, İrəvanda aprelin 24-də Amerikanın nümayəndə heyətinə başçılıq etsin və erməni xalqının yanında olsun.