Rusiya prezidenti Vladimir Putin müttəfiq qoşunların Fransanın Normandiya bölgəsinə çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbir çərçivəsində görüşlərini davam etdirir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenkonun ardından ABŞ lideri Barak Obama ilə görüşüb.
Rusiya və ABŞ prezidentlərinin Fransada qeyri-rəsmi görüşü 15 dəqiqə davam edib.
Tərəflərin görüşdə hansı məsələləri müzakirə edildiyi mətbuata açıqlanmayıb.