Bakı küçələrinin birində böyrək satışı ilə bağlı elan vurulub.
Oxu.Az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan fotonun “Qara Qarayev” metrostansiyasının çıxışında, yəni paytaxtın Nizami rayonunun ərazisində çəkildiyi bildirilir. İki müxtəlif elanların mətnləri belədir:
“Böyrək satılır. 1-ci qrup. 40 000 AZN”, “Böyrək satılır. 2-ci qrup 50 000 AZN”. Hər bir elanın aşağısında isə müxtəlif mobil telefon nömrələri yazılıb.