ABŞ prezidenti Barak Obama Krımın iqtisadi blokadası barədə bəyanat verib, Reuters xəbər verir.
“Yeni fərman, regionda biznes aparan amerikalı korporasiyalarla bağlı məsələlərə aydınlıq gətirmək üçün nəzərdə tutulub. Sənəd həmçinin Birləşmiş Ştatların Rusiyanın Krımı işğalı ilə barışmayacağını təsdiqləyir”, - Obama bəyan edib. Bu barədə Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Daha öncə xəbər verildiyi kimi, Obama ABŞ-ın Xəzinədarlıq Departamentinə Krımda işləyən fiziki şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiq olunması barədə göstəriş verib.