ABŞ prezidenti Barak Obama rəsmi olaraq Kuba ilə diplomatik və iqtisadi münasibətlərin bərpasını bəyan edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, bu, son 50 il ərzində ABŞ-ın xarici siyasətində ən əhəmiyyətli dəyişiklikdi.
Bundan əvvəl ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə Kuba ilə diplomatik münasibətlərin bərpa ediləcəyini bildirmişdi. Öz növbəsində, rəsmi Moskva bu addımı alqışlayıb. “Biz bu niyyətlər barədə məlumatlandırılmışdıq və bu addımı yalnız alqışlaya bilərik”, deyə diplomatik mənbə bildirib.
20:42
ABŞ Kubaya qarşı ticarət embarqosunu yumşaltmaq və rəsmi Havana ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir.
Oxu.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə bəyan edib.
ABŞ 1961-ci ildə bağlanan Havanadakı səfirliyini açmaqla yanaşı fərdi evlərin tikilməsi üçün inşaat materiallarına, bir sıra istehlak mallarına, xırda fermalar üçün texnika ixracatına məhdudiyyəti aradan qaldırmaq niyyətindədir. Həmçinin ölkələr arasında bəzi maliyyə əməliyyatlarının keçirilməsi də mümkün olacaq. (APA)