ABŞ prezidenti Barak Obama “Twitter” sosial şəbəkəsində qeydiyyatdaan keçib. Onun səhifəsi https://twitter.com/POTUS adresində yerləşir. POTUS nikinin mənası - President of the United States, yəni Amerika Birləşmiş Ştatlarının Prezidenti deməkdir.
Oxu.Az xəbər verir ki, Ağ evin rəhbəri ilk icmarıcında belə yazıb: “Salam, Twitter. Bu əsl Barakdı. Altı ildi vəzifədəyəm, və nəhayət mənim öz akkauntum var”. İlk ismarıc yazılan vaxta ABŞ liderinin artıq 22 min izləyicisi var idi.
“Twitter” administrasiyası akkauntu təsdiq edib. Onlar sorğunun doğurdanda Baraka Obama tərəfindən verildiyini bildiriblər.