Suriyada həyata keçirilən hərbi əməliyyat Rusiyanın mövqeyinin Yaxın Şərqdə zəiflədiyini göstərir.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CBS telekanalına verdiyi müsahibədə bəyan edib.
Onun sözlərinə görə, Suriya Rusiyanın regionda yeganə müttəfiqdir:
“Məhz bu səbəbdən Rusiya Bəşər Əsəd rejiminə yardım etməyə məcbur olub. Putin qoşunları regionda yeganə müttəfiqini gücləndirmək üçün göndərir”.