ABŞ prezidenti Barak Obama sentyabrın 10-u saat 21.00-da (Bakı xaxtı ilə sentyabrın 11-i saat 06.00) xalqa İŞİD-lə bağlı müraciət edəcək.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, məlumatı NBC News yayıb.
Barak Obama İŞİD-lə mübarizə strategiyasını açıqlamalıdır.
“Mən istəyirəm ki, Amerika xalqı təhlükənin səviyyəsini və bizim onunla necə mübarizə aparmaq niyyətində olduğumuzu bilsin”, - ABŞ prezidenti deyib.