ABŞ prezidenti Barak Obama Ağ Evin yaxınlığında Pasxa bayramı münasibəti ilə təşkil olunmuş mərasimdə dünyanın beşinci raketçisi danimarkalı Karolina Voznyatski ilə tennis oynayıb. Bu barədə Daily Mail yazıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, idmançı cari ildə amerikalılar arasında sağlam həyat tərzini təbliğ edən kampaniyada iştirak edir.
“Matç mənim çox xoşuma gəldi, təşəkkür edirəm cənab prezident”, - karyerası ərzində 23-cü titulunu qazanan, Dünyanınn keçmiş birinci raketkası Voznyatski öz Twitter səhifəsində yazıb.