Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Obama: Tramp gələcəkdən imtina edir
ABŞ-ın sabiq prezidenti Barak Obama xələfi Donald Trampın Amerikanı Paris İqlim Müqaviləsindən (PİM) çıxarması qərarını şərh edərkən, onun “gələcəkdən imtina etdiyini” bildirib.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, Obama bu bəyanatı Tramp sazişdən çıxmağa dair nitqini bitirməmiş verib.
Barak Obama müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək ölkələrin gələcəkdə faydasını görəcəyini vurğulayıb.
“ABŞ bu qrupun ilkin sıralarında olmalıdır”, - TASS sabiq Ağ ev rəhbərinin sözlərini sitat gətirib. Obamanın sözlərinə görə, Sazişdən çıxmaqla ABŞ-ın hazırkı administrasiyası “gələcəkdən imtina edən bir ovuc zavallı dövlətə” qoşulur.
Bununla yanaşı, sabiq lider hesab edir ki, Amerika ştatları, şəhərləri və biznesi tərəfindən gələcək nəsil üçün planetimizin qorunması üçün və liderlik etmək üçün daha çox səy göstəriləcək. Obama Trampın qərarından asılı olmayaraq, Paris sazişinin şərtlərinə riayət edəcəklərini bildirən ştat, bələdiyyə və şirkətləri nəzərdə tuturdu. Administrasiyanın fəaliyyətinə vətəndaşların qarşıçıxma kampaniyası ABŞ demokratik müxalifətinin dəstəyi ilə həyata keçirilir.
N.O.
www.oxu.az
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib"
- Rusiya və ABŞ arasında tam razılaşma mümkündür?
- Trampın bəyənmədiyi portreti - "Baku TV Ru"nun xüsusi müxbiri Kapitoli binasında
- Tramp - Mask tandemi "Tesla"nın gələcəyini xilas edəcəkmi?
- ABŞ Ukrayna ilə razılığa gəlib: Saziş imzalanacaq