Barak Obamanın Ağ evə sahiblik etdiyi dövrdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Ben Rods Amerika lideri Donald Trampın Fransa səfəri zamanı ABŞ hərbçilərinin dəfn edildiyi qəbirstanlığı ziyarət etməkdən imtinasını şərh edib.
Bu barədə Oxu.Az “The Washington Post”a istinadla xəbər verir.
“Tramp əsgərlərdən seçkiqabağı siyasi gedişləri üçün istifadə etməyə hazırdır, amma oteldən bayıra çıxmayıb”, - prezidentin sabiq köməkçisi bəyan edib.
Ben Rodsun sözlərinə görə, Tramp “vətən uğrunda döyüşənlərin” xatirəsini yad etməyə borclu idi.