Alim-iqlimşünaslar dənizdə temperaturun görünməmiş miqyasda artımının qlobal istiləşmə ilə əlaqəli olduğuna dair hesabat hazırlayıblar.
Bu barədə “Journal of Operational Oceanography” jurnalında məlumat verilib.
Tədqiqatçıların yazdıqlarına görə, 2018-ci ildə Avropa dənizlərində son dərəcə yüksək temperatur müşahidə edilib. Eyni zamanda, Sakit Okeanın şimal-şərqində böyük bir isti su kütləsi meydana gəlib.
İqlim dəyişikliyi həmçinin atmosferdən karbon qazının udulması, dəniz səviyyəsinin yüksəlməsi, oksigen itkisi və dənizdə buzun azalması səbəbindən dəniz suyunun turşuluğunda artım meydana gəlib.
Mütəxəssislər Dünya okeanının uzunmüddətli və sistematik monitorinqi üçün təcili tədbirlərin görülməsinin lazım olduğunu düşünürlər.
Məruzə müəllifləri bildiriblər ki, Yer üzündə bir çox insanın dəniz mənbələrindən asılı olmasını nəzərə alaraq iqlim dəyişikliyinin bütün bəşəriyyətə dağıdıcı təsir göstərə biləcəyini unutmamaq lazımdır.