Fransa prezidenti Fransua Olland “erməni soyqırımı” ilə bağlı Ermənistana yenidən səfər edəcək.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ollandın səfəri 2015-ci ilin aprelin 24-də nəzərdə tutulur.
Fransa prezidenti İrəvanda ermənistanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çağırış edib:
“Mənim bu tədbirlərdə iştirakım sülh və əminamanlığın bərqərar olmasına bir cəhd olacaq. Eyni zamanda bu, dünyaya bir çağırış olacaq ki, bir daha heç vaxt belə dəhşətli soyqırımlar baş verməsin”.
İrəvanda keçirdiyi mətbuat konfransında Olland, Türkiyə baş nazirinin ermənilərə müraciətində müsbət məqamlar axtarmağa çalışdığını qeyd edib:
“Əlbəttə ki, əsas məsələ ondadır ki, bu talanlar soyqırım kimi təsnif edilsin. Yeganə həll yolu isə soyqırımın tanınmasıdır”, - deyə o bildirib.