Fransa prezidenti Fransua Olland 2017-ci ildə keçiriləcək prezident seçkilərində mübarizə aparmayacaq.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, Fransa lideri bu barədə canlı efirdə çıxışı zamanı bəyan edib.
O, növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etdiyini bildirib.
“Qərara gəldim ki, qarşıdakı seçkilərdə namizəd olmayım”, - deyə o söyləyib.
S.B.
www.oxu.az