Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Ölüm kometası” Yerə yaxınlaşır
Noyabrın 11-də 2015 TB145 asteroidi Yer kürəsinə 38 milyon kilometr məsafəyə qədər yaxınlaşacaq.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Space.com məlumat yayıb.
Kosmik cismin “ölüm kometası” adlandırılmasının səbəbi forma baxımından insan kəlləsinə bənzəməsidir.
Alimlər bildiriblər ki, kometa planetimiz üçün ciddi təhlükə hesab edilmir. Belə ki, kosmik cismin ölçüləri elə də böyük deyil və o, Yerdən xeyli uzaq məsafədən keçəcək.
Ən çox oxunanlar
Rəylər