"Rusiyanın neft məhsullarını daşıyan "Railgo" şirkətində axtarışların aparılması barədə məlumat doğrudur".
Oxu.Az xəbər verir ki, bu barədə Axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.
Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan "Railgo"nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.
Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.
Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışların aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə iş adamı öz videomüraciətində bildirib.
O qeyd edib ki, şirkətin ofisində heç bir axtarış aparılmayıb.
Xəlilovun sözlərinə görə, "Railgo" öz fəaliyyətini adi iş rejimində davam etdirir.
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışlar aparılıb.
Oxu.Az bu barədə Mash.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə gələn xüsusi təyinatlılar və müstəntiqlər orada sənədləri müsadirə ediblər.
Hələlik hadisənin digər təfərrüatları məlum deyil.