Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Omskda kazarma binasının uçması nəticəsində 23 nəfər həlak olub.
Oxu.Az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Bundan başqa, qurumun məlumatına əsasən, dağıntılar altında qalan 42 hərbçinin hamısı tapılıb.
“İyulun 13-ü yerli vaxtla saat 10:00 məlumatına əsasən, dağıntılar altında qalan 42 hərbçi tapılıb, onlardan 23-ü həlak olub”, - qurumdan bildirilib.
11:51
Omskda kazarma binasının uçması nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Qeyd olunur ki, 19 nəfər xəstəxanaya yerləşdirilib. Bundan başqa, mütəxəssislər daha üç hərbçinin axtarışlarını davam etdirir.
11:11
Omskda hava desant qüvvələrinin kazarmasında baş vermiş uçqun zamanı ölənlərin sayı 18-yə çatıb, dağıntıların altından 37 hərbçi çıxarılıb, beş nəfərin axtarışı davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.
“Yerli vaxtla saat 08:30 məlumatına əsasən, iyulun 13-də dağıntıların altından 37 hərbçi çıxarılıb, onların 18-i ölüb, beş hərbçinin axtarışları aparılır”, - nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, 19 hərbçi tibb müəssisələrinə yerləşdirilib.
09:20
Rusiyanın Omsk vilayətində hərbi kazarmanın uçması nəticəsində 12 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Müdafiə Nazirliyinə istinadla məlumat verib.
Öz növbəsində, vilayətin Səhiyyə Nazirliyi on həlak olanın olduğu barədə məlumat verib.
“Yerli saatla səhər saat 8 məlumatına əsasən 10 həlak olan var. Onlardan 9-u tibbi yardımdan öncə, bir nəfər isə xəstəxanada həlak olub. O, çox ağır vəziyyətdə idi”, - nazirlikdən bildirilib.
22 nəfər xəstəxanalardadır, onlardan 12-si ağır və ya çox ağır vəziyyətdədirlər.
Müdafiə Nazirliyi qeyd edib ki, dağıntılar altında 11 nəfər qalıb.
Qeyd edək ki, Omsk vilayətində kazarmanın uçması faktı ilə bağlı cinayət işi qaldırılıb.
Müdafiə naziri Sergey Şoyqu uçmuş kazarmanın yaxınlığında olan təmir olunmuş binaları yoxlamağı tapşırıb.
12 iyul
Rusiyanın Omsk şəhərində hərbi təlim mərkəzinin korpusu uçub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Xəsarət alanlar var, lakin hələlik onların sayı müəyyən edilir”, - mənbə deyib.
Qeyd olunur ki, dağıntılar altında 37 nəfərə yaxın insan ola bilər.
Baş vermiş hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.