Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Onlayn dərsdə iştirak edən zaman evində qətl törədildi - FOTO
Videokonfrans vasitəsilə onlayn dərsdə iştirak edən doqquz yaşlı məktəbli qızın evində qətl törədilib.
“NBC News” xəbər verir ki, insident ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində qeydə alınıb.
Belə ki, onlayn dərs zamanı şagirdlər və müəllim atəş səsləri eşidib.
Müəllim silahdan açılan atəşin şagirdlərdən birinin evində baş verdiyini dərhal anlayaraq, onun ünvanını öyrənib və polisə məlumat verib.
Hüquq-mühafizə orqanları atəş açan şəxsi saxlayaraq, onun kimliyini müəyyən edib.
Bu, 45 yaşlı Mario Stouks adlı kişidir.
İstintaq müəyyən edib ki, o, bacısı tərəfindən evdən qovulmağına etiraz edərək, silaha əl atıb və qadını qətlə yetirib.
Rəylər