Türkiyənin Adana şəhərində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadını kürəkəni boğub.
DHA xəbər verir ki, 51 yaşlı Həsən B. 15 il baxdığı 83 yaşlı qayınanası İraz M.-nı qızının yanına göndərib.
Üstünə qaynar su tökülən qadın xəstəxanaya aparılıb. Həsən B. nəzarət etmək üçün onun yanında qalıb. Müayinə zamanı qayınanasınn koronavirusa yoluxduğunu öyrənən Həsən B. onu yastıqla boğub. Bunu görən həkim mühafizə xidmətinə xəbər verib. Həsən B. tutulub.
O, ifadəsində bildirib ki, qayınanasının onu koronavirusa yoluxdurmasından qorxduğu üçün belə edib.
Həsən B. özünü müdafiə etmək qabiliyyəti olmayan şəxsi qəsdən öldürməyə cəhddə ittiham edilir. Onun barəsində 20 ilə qədər həbs istənilib.
Xəstəxanada COVID-19-dan müalicə alan İraz M. bir müddət sonra virusdan ölüb.