Özbəkistan prezidenti İslam Kərimovun bu vəzifədə artıq 20 ildən çox olmasına baxmayaraq, bundan sonra da işləməyə davam edəcəyini bildirib.
Oxu.Az “Rosbalt”a istinadən xəbər verir ki, bunu respublikanın 76 yaşlı rəhbəri Səmərqənddə alim və diplomatlar qarşısında konfransda çıxış edərkən bildirib.
“Məni uzun müddət vəzifədə olduğum üçün tənqid edirlər, amma mən qalıram. Mən işləməyə davam etmək istəyirəm. Burda xoşagəlməz nə var ki?”, - İ.Kərimov bəyan edib.
Qeyd edək ki, İslam Kərimov artıq 20 ildən artıqdır ki, hakimiyyətdədir. O, Özbəkistana 1989-cu ildən rəhbərlik edir (o zaman Özbəkistan SSR MK Kompartiyanın I katibi idi). Prezident kimi 1991-ci ildə (bir müddət sonra onun səlahiyyətinin 2000-ci ilə qədər artırılması üçün referendum keçirilib), 2000 və 2007-ci ildə seçilib.