Özbəkistan senatı yeni seçilmiş prezident Şövkət Mirziyəyevi baş nazir vəzifəsindən azad edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Senatın sədri Nemətulla Yuldaşev məlumat yayıb.
“Şövkət Miromonoviç Mirziyəyevin baş naziri vəzifəsindən azad edilməsinə dair qərar əlinizdədir. Xahiş edirəm, səs verin. Yekdilliklə qəbul edilib”, - Yuldaşev bildirib.
Daha öncə Özbəkistanın liberal-demokratik partiyası baş nazirin müavini Abdulla Aripovun namizədliyini ölkənin baş naziri postuna irəli sürüb.
Dekabrın 4-də Özbəkistanda prezident seçkiləri keçirilib. MSK məlumatına görə, dövlət başçısının vəzifəsini icra edən baş nazir Şövkət Mirziyəyev 88,61% səs toplayıb.
N.O.
www.oxu.az