Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Özbəkistanda gömrük postunda əməliyyat: 16 milyon dollarlıq "süpürgələr" aşkarlandı
Özbəkistanın Surxandərya vilayəti ərazisində külli miqdarda narkotik vasitələrin ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb.
Oxu.Az-ın "Repost.uz" nəşrinə istinadən xəbərinə görə, bu barədə Özbəkistan Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Ayritom" gömrük postunda həyata keçirilən əməliyyat zamanı mütəxəssislər Özbəkistan ərazisindən tranzit yolu ilə keçən yük avtomobilini saxlayıblar. Avtomobilin qoşqusunda 13.5 ton süpürgə olub.
Mallara baxış keçirildikdə 180 kisədə 22.5 min süpürgə aşkarlanıb. 2 986 ədəd süpürgənin tutacaqlarında isə sarı lentə bükülmüş təxminən 25 sm uzunluğunda polietilen bağlamaların gizlədildiyi məlum olub. Həmin bağlamalarda ümumi çəkisi 612 kiloqram olan həşiş aşkar edilib. Müsadirə edilən narkotiklərin qara bazarda dəyəri 16.5 milyon dollar olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı gömrük orqanları tərəfindən araşdırma aparılır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI
- Şahzadə Harri həbs oluna bilər
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Xaçmaz sakini SAXLANILDI
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- Ötən gün 40 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb