Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan olunub](https://images.oxu.az/2025/02/10/Vy35B3v91zlv4JBSHJfUtQU3rlJRV6EifIPQrzup:1200.webp)
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə xidmətdən məlumat verilib.
Bildirilib ki, qəbul "Sərhəd təhlükəsizliyi və idarəetmə" ali təhsil ixtisası üzrə aparılacaq.
Namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
ərizə;
anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
tərcümeyi-hal;
özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladları, həyat yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
orta ixtisas təhsili (əgər varsa) haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
yaşayış yerindən arayış;
doğum haqqında şəhadətnamənin surəti;
valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün - 2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün - DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A) və ya DSX-nin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.
![](https://img.youtube.com/vi/XYgf_6ITf5w/sddefault.jpg)
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir
- İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb
- Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar - BİRGƏ ƏMƏLİYYAT
- Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb
- Qüdrət Həsənquliyev: "Bəzi hərbçilərə 20 il qüsursuz xidmət etsələr də, mənzil verilmir"
Rəylər