Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Özbəkistanda güclü partlayış: Ölənlər və yaralananlar var
Özbəkistanda "Navoiazot" adlı böyük kimya zavodunda güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, partlayış nəticədə yanğın baş verib. Bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Navoiazot" Özbəkistanda 1964-cü ildə istifadəyə verilmiş ən böyük kimya müəssisəsidir. Zavod azot gübrələri, nitron lifi və inteqrasiya olunmuş üzvi sintez məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
"Özbəkistan" teqi üzrə xəbərlər
- Daşkənd Beynəlxalq Hava Limanında "VIP Services Group"a aid yeni "Anjir Business Lounge" açılıb
- Mərkəzi Asiya ölkələri futbol üzrə qitə kubokunu birlikdə keçirmək istəyirlər
- Türkiyədə sinaqoqlara və yəhudi məktəblərinə hücum həyata keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycanla iki ölkə arasında yaşıl enerjiyə dair strateji tərəfdaşlıq haqqında saziş təsdiqləndi
- Zelim Tçkayev Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq
Ən çox oxunanlar