Pakistan hökuməti BMT Təhlükəsizlik Şurasını Hindistan Hərbi Hava Qüvvələrinin zərbələrinə cavab vermək hüququ barədə məlumatlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.
Pakistan Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, İslam Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinin müddəalarından istifadə etmək və təcavüz aktına "istənilən vaxt və istənilən yerdə" cavab vermək hüququ var.
BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb.