"İnter" "Barselona" ilə oyuna bilet satışından 14 milyon avro qazanıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, bundan əvvəlki rekord da "İnter"ə məxsus olub.
Belə ki, "neradzurri" iki il öncə Çempionlar Liqasının yarımfinalında "Milan"la görüşdə bilet satışından 12.5 milyon avro qazanc götürmüşdü.
Qeyd edək ki, "İnter" - "Barselona" qarşılaşması meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.