Pakistan Hindistanın Pəncab ştatındakı Amritsar hava limanına ballistik raket zərbəsi endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Məlumata görə, Hindistanın hava hücumundan müdafiə qüvvələri Pakistandan atılan raketi dəf etməkdə uğursuz olub.
Bildirilir ki, Pakistan Amritsarla yanaşı, Calandhar və Batala şəhərlərinə də ballistik raketlər atıb.