Pakistanda nüvə başlığı ilə təchiz oluna bilən “Şahin-2” ballistik raketinin uğurlu sınağı keçirilib.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Pakistanın yer-yer tipli “Şahin-2” balistik raketinin hazırlıq buraxılışı uğurlu şəkildə keçirilib. Təlim buraxılışı ordunun strateji qüvvələr komandanlığının əməliyyat hazırlığını təmin etmək məqsədilə həyata keçirilib”, - deyə press-relizdə qeyd olunur.
Məlumat üçün bildirək ki, “Şahin-2” raketi 1,5 min kilometrə qədər uzaqlıqda olan hədəfləri məhv edə bilir. Raketin ilk sınaqları 9 mart 2004-cü ildə keçirilib.
The day the #IndianElections2019 results are tallied & @narendramodi set to return, Pakistan tests Shaheen-II, a ballistic missile capable of carrying both conventional & nuclear warheads upto a range of 1500 km.
— مدثر|Mudassar (@iMudassarAzam) 23 May 2019
That’s a message. pic.twitter.com/T8vi3sm5li