Pakistandakı Broud-Pik (8 051 m) dağında qar uçqunu nəticəsində itkin düşən 10 nəfərlik alpinist qrupunun dörd üzvünün meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın alpinizm klubuna istinadən "Dawn" qəzeti xəbər yayıb.
Verilən məlumata əsasən, həlak olanlardan ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Onların Nepal və Oman vətəndaşları olduğu bildirilir.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyata Pakistan ordusunun aviasiyasına məxsus iki helikopter də cəlb olunub.
Çin və Pakistan sərhədində yerləşən Broud-Pik dağında baş verən qar uçqunu nəticəsində on alpinist itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Bildirilir ki, komandaya Nepal vətəndaşı olan alpinist Nirmal Purca rəhbərlik edib. Dağa dırmaşanlar arasında Çin, Oman, ABŞ və Pakistan vətəndaşlarının olduğu qeyd olunur.
GPS-cihazlardan alınan məlumatlara əsasən, uçqun qrupu bir kilometr aşağıya doğru sürükləyib. Böyük ehtimalla, alpinistlər nəhəng qar kütləsinin altında qalıblar.