Pakistanda bayker dəmir parçaları daşıyan yük maşınına çırpılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, motosiklet sürücüsü sürət həddini aşıb və nəqliyyat vasitələri arasında məsafəni saxlamayıb.
Nəticədə əyləc sisteminin işləməməsi səbəbindən idarəetməni itirən sürücü armatur daşıyan yük maşınına çırpılıb.
Gənc oğlan ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.