Pişəvərdə cümə namazı vaxtı kamikadze hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
Son məlumatlara görə, Pakistanın şimal-qərbində məsciddə törədilən terror aktında ölənlərin sayı 56-ya, yaralıların sayı isə 194-ə çatıb.
Mənbə: TASS
14:10
Pakistanın Pişəvər şəhərində cümə namazı qılınan zaman törədilən partlayış nəticəsində azı 30 nəfər ölüb, onlarla insan yaralanıb.
Qeyd olunur ki, partlayış Pişəvərin Kuça Risaldar məscidində baş verib.
Hələlik partlayışın hansı qruplaşmanın üzvləri tərəfindən törədildiyi məlum deyil.
Mənbə: “Muslim Port” “Twitter” səhifəsi