Pakistanda güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarının bəyanatına istinadən məlumat verib.
"Cari musson mövsümündə həmişəkindən daha çox yağış yağıb, nəticədə yollar və binalar su altında qalıb", - deyə məlumatda bildirilib.
Məlumatda qeyd edilir ki, ölənlərin sayı 321 nəfərə çatıb.