Pakistan Hərbi Hava Qüvvələrinə məxsus F-7PG Bəlucistan vilayətində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Daily Pakistan” nəşri məlumat yayıb.
Qəza zamanı pilot ölüb. Bildirilib ki, təyyarə təlim uçuşu həyata keçirən zaman naməlum səbəblərdən qəzaya uğrayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.