Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pakistanda namizədlərə silahlı hücum: Ölənlər var - FOTO
Bəlucistan əyalətində parlament seçkisində iştirak etmək üçün qeydə alınmış Pakistan Müsəlman Liqası - Nəvaz Partiyasından (PML-N) namizəd Mir Aslam Bulediyə silahlı hücum olub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Bundan əvvəl də Pakistanın Hayber Paxtunxva əyalətində müstəqil namizəd Malik Kalimullah Xan güllələnib. Hadisə siyasətçinin iki mühafizəçinin müşayiəti ilə Miranşah şəhərindən evə qayıdarkən baş verib. Hücum nəticəsində mühafizəçilər də həlak olublar.
Hazırda heç bir qruplaşma sui-qəsddə məsuliyyəti üzərinə götürməyib.
Hücumlar ölkədə fevralın 8-nə təyin edilmiş ümumi seçkiyə hazırlıq ərəfəsinə təsadüf edib. Yerli medianın məlumatına görə, İslam Respublikasındakı müxtəlif siyasi partiyaların mümkün tənqidlərinə baxmayaraq, təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşməsi səsvermə tarixinin təxirə salınması üçün əsas ola bilər.
Mənbə: Voiceofeurope.com
Rəylər