Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib.
Oxu.Az-ın “Geo TV”yə istinadən verdiyi xəbərə görə, terror hücumu nəticəsində 6 nəfər həlak olub. Ölənlərdən dördü polis əməkdaşı, ikisi mülki şəxsdir.
Partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir. Başqa mənbələr isə terrorçuların yola partlayıcı qurğu yerləşdirdiyini iddia edir. İnsident nəticəsində daha 10 nəfərin yaralandığı xəbər verilir.
Hücuma görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
F.M.
www.oxu.az