Lahorada (Pakistanın Pəncab vilayətinin paytaxtı) Gülşən-i-İqbal parkının uşaq meydançasında kamekadze terrorçunun özünü partlatması nəticəsində həlak olanların sayı 72-yə çatdı, daha 300-dən çox adam müxtəlif xəsarətlər alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzetinin saytında məlumat yayılıb.
Partlayış zamanı parkda uşaqları ilə istirahət etməyə gələn ailələr olub, stasionar və mobil postlarda demək olar ki, mühafizəçilər olmayıb.
Bura gələnlərin sayının çox olması Pakistanın xristian əhaisi tərəfindən katolik pasxanın qeyd edilməsi ilə əlaqədar olub. Partlayış uşaq meydançasının bir neçə metrliyində baş verib.
Terror aktına görə, məsuliyyəti “Camaat ul-Əhrar” ekstremist qruplaşması öz üzərinə götürüb. Bu qruplaşma “Təhrik-i-taliban Pakistan” talibanlarının rəhbərliyi altında fəaliyyət göstərir.
22:23 (27.03.2016)
Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
Reuters agentliyinə məlumatına görə, partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.
22:03
Pakistanın cənub-şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, Oxu.Az Pakistan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, hadisə nəticəsində 100-dən çox insan yaralanıb. Polisin məlumatına görə, terrorçu partlayıcı qurğunu uşaq parkında partladıb, həmin vaxtı orada ailələr çox olduğu üçün yaralanan və həlak olanların böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Hadisə şahidlərindən birinin sözlərinə görə, parkda xeyli sayda insan martın 27-də qeyd olunan Pasxa ilə əlaqədar toplaşıbmış.