Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pakistandakı terror aktı nəticəsində ölənlərin sayı artıb
Pakistanın Bəlucistan əyalətində silahlıların avtomobil yollarına və polis məntəqələrinə hücumları nəticəsində 60 nəfər həlak olub.
Oxu.Az bu barədə "Reuters"a istinadən məlumat yayıb.
"Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır. Təhlükəsizlik qüvvələri 12 yaraqlını öldürüb", - deyə daxili işlər naziri Möhsin Nəkvi bildirib.
Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində ölənlərin sayı 39-a çatıb.
Oxu.Az bu barədə "Reuters"a istinadən xəbər verir.
"Hücumu "Bəlucistan Azadlıq Ordusu" qruplaşmasının radikalları həyata keçirib", - deyə əyalət administrasiyasının mətbuat katibi bildirib.
Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, terrorçular magistral yolu bağladıqdan sonra bir neçə avtobusdan sərnişinləri endirib və onların şəxsiyyətlərini yoxlayıblar. Daha sonra ən azı 23 nəfəri güllələyiblər.
Bildirilib ki, terror aktını törədənlər daha 10 avtomobili də yandırıblar.
Hələlik isə heç bir şəxs və ya qrup silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi ölkənin cənubunda terror aktı baş verdiyini açıqlayıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, silahlı hücum nəticəsində 23 pakistanlı həyatını itirib.
"Terror aktı" teqi üzrə xəbərlər
- Pakistanda terror aktı: Ölənlər və yaralananlar var
- İsraildə terror hücumu: Yaralananlar var
- İsraildə terror aktının qarşısı alınıb: 100 kiloqramlıq bomba neytrallaşdırılıb
- Türkiyədə sinaqoqlara və yəhudi məktəblərinə hücum həyata keçirmək istəyən şəxs saxlanılıb
- Dərbənddə sinaqoqlara və kilsələrə hücum edən şəxsin istintaqı başa çatdı