Pakistanda pestisidlərin ola biləcəyi qənnadı məhsulundan zəhərləndikdən sonra ən azı 23 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə AFR hakimiyyətə istinadən məlumat yayıb.
Hadisə aprelin 17-də baş versə də, onun haqqında məlumat bazar ertəsi yayılıb. Pakistanın şimali-şərqində Pəncab vilayətinin sakini Umar Hayat ailə tədbiri üçün qənnadı məhsulları alıb.
Bu qənnadı məhsulları yedikdən sonra on nəfər dərhal, qalanları isə xəstəxanaya yatırıldıqdan sonra ölüb.
“Şirniyyatdan zəhərlənərək ölənlərin sayı artıq 23-ə çatıb, daha 52 nəfər müxtəlif xəstəxanalarda müalicə alır”, - yerli polis idarəsinin nümayəndəsi Munir Əhməd bildirib.