Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pakistanın keçmiş baş naziri İmran Xan saxlanılıb - VİDEO
Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan saxlanılıb.
Bildirilir ki, o, iclasın keçirildiyi məhkəmə zalında nəzarətə götürülüb. Pakistanın keçmiş baş naziri vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur.
Bundan əvvəl İslamabadın Ali Məhkəməsi Xanın məhkəməyə hörmətsizlikdə ittiham olunmasına qərar verib.
Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə ittiham irəli sürüb.
Mənbə: Geo TV
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər