İslamabadın Ali Məhkəməsi Pakistanda Müqəddəs Valentin Gününü müsəlman mədəniyyətinə zidd olduğunu deyərək bu bayramı qeyd etməyi qadağan edib.
Məhkəmənin qadağasına görə, ictimai yerlərdə və dövlət idarələrində bayramın şərəfinə festival və digər tədbirlər keçirmə olmaz.
KİV-də isə Sevgililər günü ilə əlaqədar hadisələri reklam etmək və işıqlandırmaq qadağan edilib.
Məhkəmənin qərarı Müqəddəs Valentin Gününün qeyd edilməsinin islam ənənələrinə zidd olmasına dair petisiyadan sonra qəbul edilib.
“The Dawn” qəzetinin məlumatına görə, Sevgililər gününün qeyd edilməsi mənəviyyatsız görüşlərin yayılmasına və yolverilməz davranışa səbəb olur.
Mağaza və restoranlar qadağa altına düşməyib. “France-Press” agentliyinin məlumatına görə, bəzi restoranlar bayram tədbirlərinin reklamına davam edir.
N.O.
www.oxu.az