Ölkənin şimalındakı Tangi şəhərində məhkəmə binasının qarşısında bir neçə partlayış baş verib, atışma eşidilir, yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə “Express Tribune” nəşri məlumat yayıb.
Hadisə Hayber-Pahtunhva vilayətinin Çarsadda dairəsində Tangi şəhərində baş verib. Məlumata görə, bir neçə nəfər xəsarət alıb.
“Dawn” nəşri isə ən azı üç nəfər yaralının olduğunu qeyd edib. Polisdən nəşrə bildirilib ki, kamikadze-terrorçu polisin ona atəş açdığı zaman özünü partladıb.
N.O.
www.oxu.az