İran-Pakistan sərhəddində Sistan və Belucistan əyalətlərində yaraqlılar tərəfindən 8 iranlı sərhədçi qətlə yetirilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hərbçilər qumbaraatanla silahlanmış qruplaşmanın qurbanı olublar.
Yaraqlılar Nequr əyalətinə soxulublar, bunu Pakistanla həmsərhəd olan İran əyalətinin qubernatorunun müavini Əli Aşqar Mirşekari bəyan edib.
Onun sözlərinə görə, cinayətkarlar sərhəddən geri qayıdaraq Pakistanın Belucistan vilayətində gizləniblər.
Xəbər verilib ki, İran hakimiyyəti Pakistan tərəfindən olan şəxslərin saxlanılmasını tələb edir.
E.Ə.
www.oxu.az