AFFA Azərbaycanın gənclərdən (U-17) ibarət futbol üzrə yığmasının baş məşqçisi Mirbağır İsayevin istefasını qəbul edib.
Oxu.Az xəbər verir ki, dünən baş katib Elxan Məmmədov ilə görüş zamanı Məşqçilər Komitəsinin üzvləri ilə baş katibə İsayevin istefasını qəbul etməyi tövsiyə ediblər. Nəticədə qərar qəbul edilib.
Bu vəzifəyə U-16 yığmasının baş məşqçisi Təbriz Həsənov təyin edilib.
Məlum olduğu kimi Mirbağır İsayev yığmanın Bakıda Avropa çempionatının Elit raundunda uğursuz çıxışından sonra istefa verib. Həmin görüşdə Azərbaycan üç dəfə Xorvatiya, Portuqaliya və Serbiya tərəfindən məğlub olub.
F.H.
www.oxu.az