Rusiya Silahlı Qüvvələrinin Beynəlxalq Minaəleyhinə Mərkəzinin əməkdaşları Suriyanın Palmira şəhərində ərazinin minalardan təmizlənməsində Rusiya istehsalı olan ən yeni robotexniki komplekslərdən istifadə edir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə RF SQ-nin nümayəndəsi general leytenant Yuriy Staviskiy məlumat verib.
Onun sözlərinə görə, robot öz funksionallığını xüsusən də istehkamçıların getməyə çətinlik çəkdiyi ərazilərdə kifayət qədər yaxşı göstərib.
İ.N