BMT-nin sabiq baş katibi Pan Gi Mun bəyan edib ki, Cənubi Koreya prezidentliyinə namizədliyini irəli sürməyəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreya parlamenti BMT-nin sabiq baş katibi Pan Gi Munun yüksək dövlət postu tuta biləcəyi nəticəsinə gəlib, halbuki dünya təşkilatının Baş Assambleyası bunu tövsiyə etmir.
Pan Gi Mun BMT-nin baş katibi vəzifəsində işlədiyi 10 ildən sonra yanvarda Nyu-Yorkdan qayıdıb. Dekabrın 9-da Cənubi Koreya parlamenti korrupsiya qalmaqalına görə ölkə prezidenti Pak Kın Xeyə qarşı impiçment elan edib, prezident postuna mümkün namizəd kimi Pan Gi Munun adı çəkilib.
N.O.