Bu gün Gürcüstanın xarici işlər naziri Maya Pancikidze vəzifəsindən istefa verdiyini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o bu barədə Tbilisidə keçirilən brifinqdə bəyan edib.
Pancikidze ilə birlikdə nazir müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da istefaya gediblər.
Qeyd edilib ki, M.Pancikidze hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasını tərk etdiyini də bildirib.
Noyabrın 4-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərib.
Hökumət başçısının sözlərinə görə bu qərar Alasaniya Müdafiə Nazirliyində rüşvətxorluğa dair istintaqı siyasiləşdirməyə cəhd edib.
Alasaniyanın istefasına həmrəylik göstərərək Avropa və avroatlantik strukturlara inteqrasiya naziri Aleksi Petriaşvili də istefaya gedib.