Papua-Yeni Qvineyanın Lae şəhərində polis əməkdaşları həbsxanadan qaçmağa çalışan 17 məhbusu güllələyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Radio New Zealand”a istinadən RİA Novosti məlumat yayıb.
Laenin hüquq-mühafizə orqanları bəyan ediblər ki, ölənlər Buimo həbsxanasında qiyam qaldıranlardan olub. Qaçmağa çalışan daha 3 nəfər polis tərəfindən saxlanılıb, 57 nəfər isə qaçmağı bacarıb.
Qeyd edək ki, bu il fevral ayında Papua-Yeni Qvineyada həbsxanadan 90 nəfər qaçıb, 12 məhbus öldürülüb.
N.О.
www.oxu.az